ABŞ-da COVID-19-a qarşı peyvəndlərin olduğu avtomobil qaçırılıb

09:20 - 5 Fevral 2021 - DÜNYA

ABŞ-ın Florida ştatında koronavirus peyvəndi olan avtomobil qaçırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis departamentinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Sözügedən “Hyundai Accent” markalı avtomobil günorta çağı Plant-Siti şəhərində yoxa çıxıb. Onun içərisində COVID-19-a qarşı peyvəndlərin olduğu ampulalar var imiş.

Polis avtomobili qaçıran kişinin tapılmasında yerli sakinlərdən kömək istəyib.

Xəbər xətti