Türkiyənin İzmir şəhərində yenidən zəlzələ olub

10:11 - 1 Fevral 2021 - DÜNYA

Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda ard-arda yenidən 3 yeraltı təkanlar qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, ən böyük yeraltı təkan 5,1 bal gücündə olub. Zəlzələlər yerli vaxtla saat 08:46-da Egey dənizinin sahilində qeydə alınıb.

09:37

Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda 4,1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 08:03-də Egey dənizinin sahilində qeydə alınıb.
Zəlzələnin ocağı 24,46 km dərinlikdə yerləşib.

Xəbər xətti