Moskva və Sankt-Peterburqda mərkəzi küçələr barrikadalar ilə bağlanılır

10:57 - 31 Yanvar 2021 - DÜNYA

Moskva və Sankt-Peterburq şəhərləri başda olmaqla, Rusiyanın bir çox şəhərlərinin mərkəzi küçələrinin giriş-çıxışları dəmir barrikadalar ilə bağlanılır.

"OMON" polis dəstələri keçirilməsi nəzərdə tutulan etraz aksiyasının qarşısını almaq üçün öncədən hazırlaşmağa başlayıb.

Qeyd edək ki, bu gün Moskva vaxtilə saat 12:00-da həbsdə olan Aleksey Navanının çağırışı ilə paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bütün şəhərlərində mitinq keçirilməlidir.
 

Xəbər xətti