Dünyada son sutkada koronavirusa 500 mindən çox insan yoluxub

09:45 - 31 Yanvar 2021 - DÜNYA

Dünyada son sutka ərzində 500 985 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, son 24 saatda 13 915 nəfər yeni növ virusun qurbanı olub.

Dünya üzrə ümumilikdə isə 101 561 219 koronavirusa yoluxub, 2 196 944 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (287 160), payına düşür. Digər yerləri isə Avropa (133 022) və Cənub-Şərqi Asiya (29 768) bölüşür.

Xəbər xətti