Bakı-Qazax yolunda mikroavtobus yük maşını ilə toqquşub- ölən və yaralananlar var

21:21 - 29 Yanvar 2021 - HADİSƏ

Goranboy rayonunda ağır yol qəzası olub.

Mikroavtobusun yük maşınına çarpılması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti