Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda mikroavtobus yük maşını ilə toqquşub- <font color=red><b>ölən və yaralananlar var</b></font>

21:21 - 29 Yanvar 2021 tarixində dərc olunub.

Goranboy rayonunda ağır yol qəzası olub.

Mikroavtobusun yük maşınına çarpılması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: