Rusiyada əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılır

16:42 - 13 Yanvar 2021 - DÜNYA

Rusiyada gələn həftədən əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tapşırıq verib.

Rusiya dövlət başçısı müvafiq infrastrukturların hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

Xəbər xətti