Ucarda karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO

11:42 - 4 Yanvar 2021 - HADİSƏ

Ucarda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilən xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 7 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

 

Namiq Musayev

 

Xəbər xətti