Ucnoqta.az
www.ucnoqta.az

<b>Ucarda karantin rejimini pozan çayxana aşkarlanıb<font color=red> - FOTO</font></b>

11:42 - 4 Yanvar 2021 tarixində dərc olunub.

Ucarda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilən xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 7 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

 

Namiq Musayev

 

Müəllif: