Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlanıb - FOTO

11:33 - 4 Yanvar 2021 - HADİSƏ

Saatlıda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 çay evi aşkar edilib. Hər 2 çay evinin sahibi polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələr tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ciddi xəbərdarlıqlar edilib.

 

Namiq Musayev

 

Xəbər xətti