Ucnoqta.az
www.ucnoqta.az

<b>Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlanıb<font color=red> - FOTO</font></b>

11:33 - 4 Yanvar 2021 tarixində dərc olunub.

Saatlıda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 çay evi aşkar edilib. Hər 2 çay evinin sahibi polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələr tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ciddi xəbərdarlıqlar edilib.

 

Namiq Musayev

 

Müəllif: