Daşkəsəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazonfo”nun xəbərinə görə, hadisə Daşkəsən şəhərinin girişində baş verib. Hərəkətdə olan “QAZel” markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı maşında olan 1999-cu il təvəllüdlü Nəriman Kərimov vəfat edib, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.