Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə qəza- <font color=red><b>ölən var</b></font>

12:57 - 1 Yanvar 2021 tarixində dərc olunub.

Daşkəsəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazonfo”nun xəbərinə görə, hadisə Daşkəsən şəhərinin girişində baş verib. Hərəkətdə olan “QAZel” markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı maşında olan 1999-cu il təvəllüdlü Nəriman Kərimov vəfat edib, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: