Qroznıda atışma olub, 3 nəfər ölüb

16:59 - 28 Dekabr 2020 - DÜNYA

Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznının mərkəzində baş verən atışma nəticəsində 3 nəfər ölüb.

Məlumatı “RİA Novosti” yayıb.

Hadisənin təfərrüatı məlum deyil. Ancaq belə atışmaları respublika üçün adi hal sayırlar.

İlkin məlumata görə, atışma asayiş keşikçiləri ilə naməlum şəxs arasında baş verib. İki hüquq-mühafizə əməkdaşı ölüb. Naməlum şəxs də zərərsizləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti