ABŞ-ın İllinoys ştatında baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, daha 3-ü isə yaralanıb. Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 26-da Rokford şəhərindəki “Don Carter Lanes” müəssisəsində qeydə alınıb. Bu barədə “Associated Press” agentliyi yerli polis rəisi Dena O`Şiyə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, atışma müəssisənin boulinq-klubunda yerli saatla 19:00-da (27 dekabr Bakı vaxtı ilə 5:00-da) törədilib.
Bildirilir ki, şahidlər silah səsləri eşitdikdən sonra dərhal polisə zəng vurublar.
Hazırda faktla bağlı hadisənin kimlər tərəfindən törədildiyi və hansı səbəbdən baş verdiyi araşdırılır.
Namiq Musayev