Ucnoqta.az
www.ucnoqta.az

<b>Boulinq-klubda silahlı atışma; <font color=red>3 ölü, 3 yaralı</font></b>

09:13 - 27 Dekabr 2020 tarixində dərc olunub.

ABŞ-ın İllinoys ştatında baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, daha 3-ü isə yaralanıb. Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 26-da Rokford şəhərindəki “Don Carter Lanes” müəssisəsində qeydə alınıb. Bu barədə “Associated Press” agentliyi yerli polis rəisi Dena O`Şiyə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, atışma müəssisənin boulinq-klubunda yerli saatla 19:00-da (27 dekabr Bakı vaxtı ilə 5:00-da) törədilib.

Bildirilir ki, şahidlər silah səsləri eşitdikdən sonra dərhal polisə zəng vurublar.

Hazırda faktla bağlı hadisənin kimlər tərəfindən törədildiyi və hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Namiq Musayev

Müəllif: