Yaponiyanın 13 prefekturasında quş qripi aşkarlanıb

09:11 - 24 Dekabr 2020 - DÜNYA

Yaponiyanın Tiba prefekturasında quş qripi aşkarlanıb. Quş qripinin mənbəyi prefekturanın İsumi şəhərində qeydə alınıb. Tiba cari il quş qripinin aşkarlandığı 13-cü prefektura olub.

Qeyd edək ki, quş qripi Yaponiyada noyabr ayından aşkarlanmağa başlanılıb. Quş qripi ilə əlaqədar artıq 2,7 milyondan artıq toyuq məhv edilib. (Trend)

Xəbər xətti