Koronavirus peyvəndini araşdıran rus alimin müəmmalı ölümü

16:29 - 21 Dekabr 2020 - DÜNYA

Rusiyada koronavirus (COVID-19) peyvəndi barədə araşdırma aparan alim Aleksandr Kaqanski evinin pəncərəsindən yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bəzi rus media orqanları Uzaq Şərq Federal Universitetinin Genomik və Yeniləyici Tibb Mərkəzinin direktorunun 14-cü mərtəbədən yıxıldığını, digərləri isə 45 yaşlı alimin alt paltarında bıçaqlanmış halda tapıldığını iddia edib. Vurğulanıb ki, o, binadan düşməzdən əvvəl hücuma məruz qalıb.

Hüquq-mühafizə orqanları müəmmalı ölüm faktı ilə bağlı araşdırma aparır.

 

Xəbər xətti