Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçdi

10:26 - 19 Dekabr 2020 - DÜNYA

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 75 milyon nəfəri ötüb.

Bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 75 milyon 84 min 964 nəfərə çatıb. Onlardan 1 milyon 665 min 8 nəfəri ölüb, 42 milyon 464 min 23 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

Xəbər xətti