Putin Dağlıq Qarabağda sülhməramlıların sayının artırılması məsələsinə münasibət bildirib

17:07 - 17 Dekabr 2020 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür.

Rusiya Prezidenti bu məsələnin münaqişə tərəfləri ilə müzakirə edilməli olduğunu vurğulayıb: “Rusiya sülhməramlılarının sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”.

Xəbər xətti