ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi

23:02 - 16 Dekabr 2020 - DÜNYA

ABŞ hakimiyyəti İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirib.

Siyahıya bir Vyetnam vətəndaşı və beş şirkət əlavə olunub. Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

Siyahıya BƏƏ-dən iki, Çindən də iki şirkət və Vyetnamdan bir neft-kimya şirkəti daxil olub. Nazirlik bildirib ki, BƏƏ və Çindən olan şirkətlər "Triliance Petrochemical Co. Ltd"-nin vasitəçiliyi ilə İran neft-kimya məhsullarının ixracı ilə əlaqəli olub.

"Triliance Petrochemical Co. Ltd" 2020-ci il yanvar ayında sanskiyalar siyahısına artıq daxil edilmişdi.

Xəbər xətti