Quba rayon sakinində silah aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2-ci Nügədi kənd sakinləri A.Babayevdən və P.İslamovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.