Ucnoqta.az
www.ucnoqta.az

Quba sakinindən silah götürüldü

13:49 - 14 Dekabr 2020 tarixində dərc olunub.

Quba rayon sakinində silah aşkarlanıb.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2-ci Nügədi kənd sakinləri A.Babayevdən və P.İslamovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Müəllif: