Şəxsi vertolyot qəzaya uğradı; 2 nəfər həlak oldu

12:43 - 12 Dekabr 2020 - HADİSƏ

ABŞ-ın Texas ştatında şəxsi “Robinson R44” tipli vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, hadisə Kolorado-Siti şəhərindən 13 kilometr aralıda qeydə alınıb. Bu barədə dekabrın 11-də ABC telekanalı məlumat yayıb.

Məlumata görə, vertolyot hələlik müəyyən olunmayan səbəblərdən boş sahəyə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri ABŞ-ın Federal Aviasiya və Nəqliyyatda Təhlükəsizlik İdarələrinin əməkdaşları araşdırır.

 

Namiq Musayev

Xəbər xətti