Ucnoqta.az
www.ucnoqta.az

<b>Şəxsi vertolyot qəzaya uğradı;<font color=red> 2 nəfər həlak oldu</font></b>

12:43 - 12 Dekabr 2020 tarixində dərc olunub.

ABŞ-ın Texas ştatında şəxsi “Robinson R44” tipli vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, hadisə Kolorado-Siti şəhərindən 13 kilometr aralıda qeydə alınıb. Bu barədə dekabrın 11-də ABC telekanalı məlumat yayıb.

Məlumata görə, vertolyot hələlik müəyyən olunmayan səbəblərdən boş sahəyə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri ABŞ-ın Federal Aviasiya və Nəqliyyatda Təhlükəsizlik İdarələrinin əməkdaşları araşdırır.

 

Namiq Musayev

Müəllif: