Bakıda ağır qəza- xəsarət alan var

09:08 - 7 Dekabr 2020 - HADİSƏ

Bakıda daha bir yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Dadaşov Eyvaz Vaqif oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ aşıq sümüyünün açıq sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti