Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağır qəza- <font color=red><b>xəsarət alan var</b></font>

09:08 - 7 Dekabr 2020 tarixində dərc olunub.

Bakıda daha bir yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Dadaşov Eyvaz Vaqif oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ aşıq sümüyünün açıq sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: