Türkiyədə son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

23:26 - 29 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 185 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir qeyd edib ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. 

Ağır xəstə sayı dünənlə müqayisədə 108 nəfər artaraq  5011 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 494 351 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 558 nəfəri ölüb.///Apa

Xəbər xətti