Ötən gün baş verən yol qəzalarında; 3 ölü, 1 yaralı
17:41 - 16 Noyabr 2020 - HADİSƏ
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 15-də gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilb.
Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.
Namiq Musayev