Ucnoqta.az
www.ucnoqta.az

<b>Ötən gün baş verən yol qəzalarında;<font color=red> 3 ölü, 1 yaralı </font></b>

17:41 - 16 Noyabr 2020 tarixində dərc olunub.
Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 15-də gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilb. Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Namiq Musayev

Müəllif: