Rusiyanın Smolensk əyalətində 1 mərtəbəli şəxsi evdə baş verən yanğında 4 nəfər dünyasını dəyişib. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Elnya şəhərində, “Bolşaya Kalujskaya” küçəsi 25-də qeydə alınıb.
Regionun Təcili Xilasetmə Xidmətindən bildirilib ki, alovlar yanğınsöndürmə bölmələri tərəfindən ram edilib. Əməkdaşlar hadisə yerindən 2-si uşaq olmaqla, 4 nəfərin meyitini aşkar ediblər.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev