Ucnoqta.az
www.ucnoqta.az

<b>Şəxsi evdə baş verən yanğında<font color=red> - 2-si uşaq olmaqla, 4 nəfər öldü</font></b>

10:07 - 6 Noyabr 2020 tarixində dərc olunub.

Rusiyanın Smolensk əyalətində 1 mərtəbəli şəxsi evdə baş verən yanğında 4 nəfər dünyasını dəyişib. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Elnya şəhərində, “Bolşaya Kalujskaya” küçəsi 25-də qeydə alınıb.

Regionun Təcili Xilasetmə Xidmətindən bildirilib ki, alovlar yanğınsöndürmə bölmələri tərəfindən ram edilib. Əməkdaşlar hadisə yerindən 2-si uşaq olmaqla, 4 nəfərin meyitini aşkar ediblər.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Müəllif: