Çinin cənub sahillərində yük gəmisinin aşması nəticəsində 2 nəfər ölüb, daha 4-ü isə itkin düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Çyunçjou boğazında qeydə alınıb. Bu barədə oktyabrın 14-də “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, “Nanqka” tayfunu səbəbindən içərisində 10 heyət üzvünün olduğu qum daşıyan yük gəmisi Quançjou şəhərinə üzən zaman qəzaya uğrayıb.
Xilasedicilər hadisə yerindən 6 nəfəri aşkarlayıblar. Onlardan 2-si daha sonra dünyasını dəyişib.
Əməliyyat-xilasetmə işləri davam edir.
Namiq Musayev