Ucnoqta.az
www.ucnoqta.az

<b>Yük gəmisi aşdı;<font color=red> 2 nəfər öldü, 4-ü isə itkin düşdü</font></b>

14:28 - 14 Oktyabr 2020 tarixində dərc olunub.

Çinin cənub sahillərində yük gəmisinin aşması nəticəsində 2 nəfər ölüb, daha 4-ü isə itkin düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Çyunçjou boğazında qeydə alınıb. Bu barədə oktyabrın 14-də “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, “Nanqka” tayfunu səbəbindən içərisində 10 heyət üzvünün olduğu qum daşıyan yük gəmisi Quançjou şəhərinə üzən zaman qəzaya uğrayıb.

Xilasedicilər hadisə yerindən 6 nəfəri aşkarlayıblar. Onlardan 2-si daha sonra dünyasını dəyişib.

Əməliyyat-xilasetmə işləri davam edir.

Namiq Musayev

Müəllif: