Hacıqabulda yol qəzası olub- xəsarət alanlar var

08:21 - 12 Oktyabr 2020 - HADİSƏ

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb və aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti