Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda yol qəzası olub- <font color=red><b>xəsarət alanlar var</b></font>

08:21 - 12 Oktyabr 2020 tarixində dərc olunub.

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb və aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: