Salyan rayonunda bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun "Plastmas" yaşayış massivindəki Əlövsət Quliyev küçəsində qeydə alınıb.
Belə ki, ev tikintisi zamanı fəhlə işləyən, 1989-cu il təvəllüdlü Salmanov Samir Füzuli oğlu ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılıb.
Nədicədə müxtəlif dərəcəli bədən xəsarəti alan S.Salmanov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.