Bakıda ŞOK HADİSƏ: Qızı diz çökdürüb üzr istətdilər - VİDEO

16:57 - 15 Sentyabr 2020 - HADİSƏ

Bakıda gənc qızın təhqir edilməsini əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda gənc oğlanın qızı dəniz sahili ərazidə məcburən diz çökdürərək üzr istəməyə vadar etməsi və özünə "Əxlaqsız" dedirtdirməsi əks olunub.

Gənc qızın təhqir edildiyi görüntülər telefonla videoya çəkilib və daha sonra müxtəlif şəxslərə göndərilib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir.///publika.az

Xəbər xətti