İcra başçısı YAP-ın könüllüləri ilə birlikdə ağacəkmə aksiyasında iştirak edib- Foto

12:58 - 14 Sentyabr 2020 - ÖLKƏ İÇİ

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri çərçivəsində "Abad həyət" layihəsinin icrası davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, hazırda Ağstafa şəhəri, E.Poladov küçəsində yerləşən dörd mərtəbəli, 16 mənzilli yaşayış binasının həyətinin abadlaşdırılması işləri sona çatmaq üzrədir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov YAP Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin könüllüləri ilə həmin məhəllədə ağacəkmə aksiyasında iştirak edib.
 


Xəbər xətti