Neftçalada pambıq yığımına başlanılıb - Foto
14:49 - 8 Sentyabr 2020 - ÖLKƏ İÇİ
Neftçala rayonunda ilkin olaraq əl ilə pambıq yığımına başlanılıb.
Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayığısını, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 5972 hektar sahədə pambıq əkilib və becərilib.
Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq vaxtında suvarma suyu ilə vaxtında təminat həyata keçirilib. Əkilmiş pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
07 sentyabr 2020-ci il arixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Neftçala rayonunda fəaliyyət göstərən “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC şirkətlərinin nümayəndələrinin iştirakı ilə pambıq sahələrinə baxış keçirib və ilkin olaraq pambığın əl ilə yığımına start verilib. Sahədə fermerlə də görüş rayon icra hakimiyyətin başçısı Mirhəsən Seyidov fermerləri narahat edən məsələləri müzakirə edib, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib. Pambıq yığımında rayon icra hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla pambıq yığımına şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.