Millət vəkili bu dəfə seçiciləri ilə tarlada görüşdü, onlara kömək etdi- FOTO

22:29 - 22 Avqust 2020 - ÖLKƏ İÇİ

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun Biləsuvarda seçiciləri ilə görüşü davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov bildirib. Millət vəkili seçici qəbulunu qeyri-ənənəvi formatda keçirib: 
"Bu dəfə vətəndaş yox biz vətəndaşın qəbuluna getdik. İşin-gücün qızğın çağında Çaylı kənd sakinlərini əlbəttə tarlada və ya örüşdə tapmaq olardı. İnsanlar baş verənlərə əvvəlcə inana bilməsələr də, buzları əritdik və zəhmət adamları ilə iş başında çox səmimi görüşümüz alındı, problemləri ilə yerindəcə əyani formada tanış olduq, təkliflərini, istəklərini dinlədik, səlahiyyətimizin yetdiyi qədər edə biləcəklərimiz onlara izah olundu".

Bəhruz Məhərrəmov sakinlərə iş görərkən kömək də edib: "Daha sonra gücümüz çatan qədər fiziki işlərinə də əl atdıq, özümün də kənd adamı olmağımı nəzərə alsaq pis də alınmadı"- deyə millət vəkili qeyd edib.


Xəbər xətti