Ağstafa və Salyanda "Ford" yanıb

19:28 - 13 Avqust 2020 - HADİSƏ

Ağstafa rayonunun Xətai kəndində "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti