Göyçayda ev yanıb

15:17 - 31 İyul 2020 - HADİSƏ

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 160 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti