Bloqger Mehman Hüseynov məhkəmə zalında həbs edilib

12:53 - 3 Mart 2017 - Xəbər

Bloqger Mehman Hüseynova hökm oxunub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Xəbər xətti