ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə telefon söhbəti zamanı mayda alyansa üzv dövlətlərin liderləri ilə ənənəvi görüşdə iştirak etməyə razılıq verib. "Report" xəbər verir ki, bu barədə Ağ evin bəyanatına istinadən "Reuters" məlumat yayıb. "Prezident Tramp mayda Avropada keçiriləcək NATO liderlərinin görüşündə iştirak etməyə razılıq verib", — deyə bəyanatda bildirilir.