ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə qətnamə daxil edilib

11:16 - 1 Fevral 2017 - Xəbər

ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə qətnamə daxil edilib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Konqresin qanunvericilik aktlarının məlumat bazasında qeyd olunub. "İrana qarşı gücdən istifadəyə icazə" adlı qətnaməni Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs təklif edib. "Prezidentin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədinə çatmaq üçün lazım gələrsə Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə etməsinə icazə verilir", - deyə qətnamədə bildirilir.

Xəbər xətti