Sabahın havası: qar yağacaq, yollar buz bağlayacaq

12:07 - 31 Yanvar 2017 - Xəbər

Sabah ölkə ərazisində müşahidə ediləcək hava məlumatı açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 1-də Bakı və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz   0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer  təzyiqi 765 mm civə sütunundan  769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında
Arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər xətti