ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RC-135W" tipli strateji kəşfiyyat təyyarəsi Baltik dənizi ərazisində Rusiya sərhədlərinə yaxınlaşıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Amerika təyyarəsi Böyük Britaniyanın Mildenholl aviabazasından havaya qalxıb.
Təyyarə Estoniyanın paytaxtı Tallinə qədər və geri 10 saatlıq dairəvi uçuş zamanı Rusiyanın Leninqrad və Kalininqrad vilayətlərindən keçən sərhədlər yaxınlığında radiotexniki kəşfiyyat işləri həyata keçirib.