Pentaqon: İŞİD-i İraqdan tezliklə çıxartmaq mümkün olmayacaq

11:11 - 25 Yanvar 2017 - Xəbər

İraq Silahlı Qüvvələri ölkənin İŞİD-in işğalı altında olan hissəsini tezliklə azad edə bilməyəcəklər. "Report" xəbər verir ki, bu proqnozla İraq və Suriyada İŞİD-ə qarşı aparılan beynəlxalq əməliyyatların amerikalı komandanı general-leytenant Stiven Taunsend çıxış edib. "İŞİD-in İraq ərazisində çıxarılmasına hələ çox var", - deyə Pentaqonun mətbuat xidməti Taunsendin sözlərini sitat gətirib. Bundan əlavə, o qeyd edib ki, "Mosulun Qərb hissəsi uğrunda döyüş, Şərqinə nisbətdə daha ağır olacaq".

Xəbər xətti