Bolqarıstan prezidenti Rumen Radev prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb. “Report”un Şərqi Avropa bürosu Bolqarıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi martın 26-sı tarixinə təyin olunub. Bolqarıstan prezidenti R. Radev həmçinin ölkənin yeni baş nazirini də təyin edib. Texniki hökumətin başına tanınmış bolqar hüquqşünas və siyasətçi Oqnyan Stefanov Qercikov keçib. O.Qerdcikov 2001-2005-ci illərdə Bolqarıstanın 39-cu Xalq Məclisinə sədrlik edib. Lakin 4 fevral 2005-ci ildə vaxtından əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb. Bolqarıstan Konstitusiyasına əsasən yeni texniki hökumətin parlament seçkilərinə hazırlıq və təşkili ilə bağlı 60 gündən də az vaxtı qalır.